Pakistanda avtobus qəzası nəticəsində 13 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

3 May 2021 23:31 (UTC+04:00)

Pakistanın Pəncab əyalətində avtobus qəzası nəticəsində 13 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

SİA-nın məlumatına görə, qəzaya səbəb sürücünün sürət həddini aşması nəticəsində idarəetməni itirməsi olub. Avtobus yoldan çıxaraq aşıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.