Lənkəranda doğuş zamanı 20 yaşlı qadın ölüb, övladının həyatı xilas edilib

3 May 2021 23:16 (UTC+04:00)

Lənkəranda ana ölümü baş verib.

SİA xəbər verir ki, Lerik sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva doğuşdan sonra ölüb.

Mərhum qadın övladını dünyaya gətirdikdən sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.