Rusiyanın məqsədi nədir?

3 May 2021 22:54 (UTC+04:00)

Paşinyan: "Rusiya Azərbaycanla sərhəddə iki yeni hərbi baza yaratdı".

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Ordusunun "əlavə təhlükəsizlik zəmanəti" olaraq Ermənistanın cənubundakı Azərbaycan sərhədi yaxınlığında iki yeni hərbi zona yaratdığını açıqlayıb. Rusiyanın "İnterfaks" xəbər agentliyinin verdiyi məlumata görə, Paşinyan Ermənistan parlamentinə 102-ci Rusiya hərbi bazasının "iki hissəsinin" "Sünik" bölgəsində qurulduğunu söylədi. Ermənistan baş naziri Rusiyanın bu addımını "Ermənistan üçün əlavə təhlükəsizlik deməkdir" kimi də şərh etdi. Ermənistan Müdafiə Nazirliyi ötən fevral ayında İrəvanın şimal-qərbindəki Gümrüdə Rusiya hərbi hissəsinin genişləndirilməsini və bəzi rus qoşunlarının Azərbaycana yaxın yerləşdirilməsini tələb etdiyini elan etmişdi.
Qeyd edək ki, aprelin ortalarında baş nazir Paşinyan bir daha parlamentdə çıxış edərək bildirib ki, 102-ci Rusiya hərbi bazanın genişləndirilməsi və "Sünik" bölgəsində bir hissəsinin açılması barədə Moskva ilə danışıqlar aparılmalıdır.