“Ermənistan müharibə ənənələrini və qanunlarını dəfələrlə pozub” - Human Rights Watch

3 May 2021 17:52 (UTC+04:00)

“Ermənistan indiyə qədər hərbi cinayətlərin istintaqına başlamayıb və hətta Azərbaycanın dinc şəhərlərini kassetlər, eləcə də ballistik raketlərlə atəşə tutmasını da mühakimə etməyib”. SİA Karabak Bulletein teleqram kanalına istinadən xəbər verir ki, bunu Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Xyu Uilyamson bildirib.

“Ermənistan qüvvələri müharibə ənənələrini və qanunlarını dəfələrlə pozaraq Azərbaycanın şəhər və kəndlərinə qarşı raket, reaktiv mərmiləri və ağır artilleriya istifadə edib”, deyə qeyd edən Uilyamson qeyd edib ki, bu zərbələr nəticəsində dinc əhali arasında ölümlər baş verib, onların yaşadıqları evlər dağıdılıb.

“Bu məsələlər dərhal araşdırılmalıdır”, təşkilatın rəsmisi vurğulayıb.

Rövşən RƏSULOV