Torpağı Vətən etdilər, Vətəni bütöv...

3 May 2021 14:22 (UTC+04:00)

Böyük mütəfəkkir Əli bəy Hüseynzadə millət, torpaq, Vətənin nicat yolunu gstərərək demişdir: “Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya, yəni hər bir millət öz əhəmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir”.

Və bu gün özlərini "xalqa yanan" kimi göstərən satqın vətənşüvan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və... kimi Vətən daşına “qənim kəsilən” ünsürlər Şuşanın işğal olunduğu 8 mayla bağlı sosial şəbəkələrdə çıxışlar edərək 2020-ci il noyabrın 8-də Şuşamızın azad olunmasına erməni həmfikirləri ilə qələbəmizə gölgə salarkən anlamırlar ki, bunun bədəli ağır olacaq.

Bəli, bu gün mənəviyyatsızdan, torpağını, dövlətini, xalqını satanlar...

Deyir, Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Bəs dünyaya bu torpaqda göz açan, bu torpağa sıcınan, özünü "azərbaycanlı" sayan, bu vətənin "vətəndaşı" niyə vətən daşına dönük çıxır? Böyük şairimiz Məmməd Araz dediyi kimi: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”.

Ancaq bu gün ermənidən betər olan, niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat dağıdıcı müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bu yerdə ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir. Çünki Vətənə dönük çıxanlar bu ölü qurumda toplaşıb. Ancaq bu gün istər Əlisi, Cəmili, İsası, Arifi, Gültəkini... və bu kimi satqın və əxlaqsızlar Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulasalar da, arzuları elə bir daşa dəyir ki... sonda xalqın nifrətinə düçar olurlar.

Çünki illər idi ki, sevimli Qarabağımız düşmən tərəfindən işğala məruz qalmışdı. Odu-ocağı yağmalanmış, torpağı talanmış Qarabağımızın həsrəti qəlbimizi göynədirdi. Azərbaycanımızın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşamızda, bütünlüklə ata-baba torpaqlarımızdı murdar düşmən – “yanlar” gəzirdi. Qarabağımız darda idi, bizi səsləyirdi, bizi gözləyirdi, bizdən kömək diləyirdi. Bu torpaq "Vətən" kəlməsinə həsrət idi. Biz də bu ulu torpağın həsrətindəydik.

Və bu gün bu Vətən Müharibəsinin qələbəsini qanmayanlar bir daşa anlamalıdırlar ki, Qarabağ bizimdir!, Qarabağ Azərbaycandır! Artıq "Qarabağ" adlı problem yoxdur. Çünki Azərbaycan haqq yolundadır, bütövlüyümüzün bərpası uğrunda vuruşurduq!. Bir daha dünyaya sübut etdik ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəmir yumruğu ilə bərkiyən siyasəti qarşısında acizdir: “Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu".

Bəli, bundan sonra da özgəsinin torpağına göz tikənlərin dərslərini verəcək, bizim canavar kimi üstünüzə şığıyan dəmir, cəngavər, qoxmaz əsgər və zabitlərimiz.

Bu gün bu torpaqları satan AXCP-Müsavat, daha nə bilim...

Ortada meymun kimi oynadılan “Milli Şura” kimi erməni yalaqları bilməlidirlər ki, Paşinyanın "Qarabağ Ermənistandır nöqtə"sinə "Qarabağ Azərbaycandır! NİDAsı qoyuldu! Çünki bu yol haqq yoludur, birliyimizin yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!. Bu yol Xalq-İqtidar birliyinin yoludur!

Və bu gün AXCP, Müsavat və “Milli Şura”-da olan satqınlar, daha doğrusu Vətən daşına dönük çıxanlar bilməlidirlər ki, yaxın zamanlarda xalq onların da cəzasını verəcək. Və bu satqınlar bir daha anlamalıdırlar ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!

RƏFİQƏ