Məlum olduğu kimi ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihə və tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, bu layihə çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə respublika “Sənsiz” bədii qiraət müsabiqəsi təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarət olub.
Aprelin 29-30-da A.M.Şərifzadə adına Aktyor Evində keçirilən sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının aktrisaları Gülər Kərimova və Vəfa Hacızadə də öz potensial imkanlarını nümayiş etdiriblər.
Yekunda G.Kərimova münsiflər heyətinin qərarı ilə diplom və pul mükafatı, V. Hacızadə isə diplomla təltif olunub.
Sərraf Talıbov