Paşinyan və arvadı peyvənd olundu KORONAVİRUSA QARŞI

3 May 2021 12:05 (UTC+04:00)

Nikol Paşinyan və arvadı Anna Akopyan koronavirus əleyhinə peyvənd edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Paşinyan öz Facebook səhifəsində yazıb.
Nikol Paşinyan öz sosial şəbəkə hesabında vətəndaşları aktiv olmağa, klinikalarla əlaqə saxlamağa və peyvənd olunmağa çağırıb.
Xatırladaq ki, koronavirus infeksiyası Ermənistanda daha sürətli şəkildə yayılır. Nəzərə alsaq ki, işğalçı ölkənin digər sferaları ilə yanaşı səhiyyə sistemində də böhranlı vəziyyət hökm sürür, belə bir sürətli yayılma ağır nəticələr vəd edir. Təsadüfi deyil ki, Nikol Paşinyan öz Facebook səhifəsində vətəndaşlara peyvənd olunmaq çağırışı edib və görünür, vəziyyət daha da acınacaqlıdır.