Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri Elbrus dağında tapılıb

3 May 2021 07:36 (UTC+04:00)
Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri xilasedicilər tərəfindən Elbrus dağında tapılıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Şimal yamacdan Elbrusa qalxan bələdçi və alpinistlərdən ibarət qrupun aprelin 21-də Azau düşərgəsinə getdiklərini bildirilib. Sonuncu dəfə onlarla aprelin 17-də əlaqə saxlanılıb. Alpinistlər zirvədən 200 metr məsafədə olduqlarını bildirmişdilər.