“Monako”nun qələbə seriyasına son qoyulub, “Sent-Etyen”dən səfər qələbəsi

3 May 2021 02:33 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatında 35-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Nim” – “Reyms” matçı heç-heçə bitib. “Bordo” “Renn”i, “Loryan” “Anje”ni məğlub yola salıb.

Qalan görüşlər isə meydan sahiblərinin məğlubiyyəti ilə bitib. “Brest” evdə “Nant”a, “Dijon” da “Mets”ə böyük hesabla uduzub. “Monpelye” də “Sent-Etyen”lə ev oyunundan məğlub ayrılıb.

Turun mərkəzi görüşü Monakoda keçirilib. Ardıcıl beş oyundur qələbə qazanan “Monako”nun bu dəfəki rəqibi Lion “Olimpik”i olub. Beş qolun qeydə alındığı bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1

35-ci tur

2 may

Bordo – Renn 1:0

Qol: Mara, 11.

Brest – Nant 1:4

Qol: Fevr, 83 – Simon, 15. Blas, 27. Luza, 56. Kulibali, 62.

Dijon – Mets 1:5

Qol: Balde, 48 – Queye, 37. Sarr, 42. Şafik, 71-öz qapısına. Vaqner, 82. Bronn, 85.

Loryan – Anje 2:0

Qol: Vissa, 44-pen. Lemoyne, 48.

Nim – Reyms 2:2

Qol: Ripar, 47. Kone, 71 – Mbuku, 30. Flips, 80.

Monpelye – Sent-Etyen 1:2

Qol: Delor, 6 – Hamuma, 16. Debuşi, 50.

Monako – Olimpik (Lion) 2:3

Qol: Folland, 25. Ben Yedder, 86-pen – Depay, 57. Marselo, 77. Çerki, 89.

30 aprel

Olimpik (Marsel) – Strasburq 1:1

Qol: Benedetto, 86 – Mitroviç, 73.

1 may

PSJ – Lans 2:1

Qol: Neymar, 33. Markinyos, 59 – Qanaqo, 61.

Lill – Nitsa 2:0

Qol: B.Yılmaz, 13. Z.Çelik, 56.