Ötən sutka ərzində dünyada koronavirusa yoluxmuş 13 minə yaxın şəxs həyatını itirib

3 May 2021 00:10 (UTC+04:00)

Ötən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

SİA Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata istinadla xəbər verir ki, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiyanın regionunun payına düşür.

Gün ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb (32 002 328 ). Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.