100 min "sarı jiletli" Paris küçələrində

1 May 2021 18:01 (UTC+04:00)

Fransada 1 may Əmək günü münasibətilə "sarı jiletlilər"in aksiyaları başlayıb. SİA xəbər verir ki, aksiyalar paytaxt Parisdə və ölkənin digər şəhərlərində keçiriləcək.

Ümumilikdə 300 aksiyada 100 minədək şəxsin iştirakı gözlənilir. Aksiyaların keçirildiyi bölgələrə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, Fransada "sarı jiletlilər" aksiyaları 2018-ci ilin noyabrından başlayıb. Bu aksiyalar toqquşmalarla müşayiət olunub.