Paşinyanın təyyarəsində "texniki nasazlıq", yoxsa sui-qəsdə cəhd?

1 May 2021 15:29 (UTC+04:00)

İrəvandan Tatarıstanın paytaxtı Kazan şəhərinə uçan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində hazırda aradan qaldırılan texniki nasazlıq aşkarlanıb. SİA bu barədə hökumətin məlumatlarına istinadən xəbər verir.

Hökumətdəki mənbədən bildirilib ki, problem həll olunmasa, nümayəndə heyəti başqa bir təyyarədə Ermənistana qayıdacaq. Paşinyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Kazanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edib.

Qeyd edək ki, Paşinyan İrəvandan Kazana uçarkən maraqlı hadisə baş verib. Baş nazir vəzifəsini icra edən Nikol heç kimin gözləmədiyi halda həmişə istifadə etdiyi təyyarəyə yox, ehtiyatda olan təyyarəyə minib. Kazandan geri dönərkən təyyarədə "üzə çıxan" texniki nasazlıq onu deməyə əsas verir ki, sui-qəsd ehtimalı çox inandırıcıdır.