Röyanın bu geyimi neçəyədir? FOTOLAR

1 May 2021 15:25 (UTC+04:00)

Xalq artisti Röya Ayxan fotokamera qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. Sənətçi sözügedən şəkilləri "İnstagram" səhifəsində yayımlayıb.

Onun bu paylaşımı müzakirələrə səbəb olub. İzləyicilər onun geyiminin markası və qiyməti ilə maraqlanıblar.

Bəlli olub ki, Röyanın geyindiyi suitin markası "Brandon Maxwell" markasına aidir. Pencəyi 4321, şalvarı isə 1431 manat dəyərindədir.