Saxta əsginas satan şəxs saxlanılıb

1 May 2021 12:34 (UTC+04:00)
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əsginası satarkən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan otuz ədəd 100 dollarlıq saxta əsginas aşkarlanaraq götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.