Növbəti ustad dərsi keçirilib

1 May 2021 11:17 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Digitalart-lab" layihəsi çərçivəsində hazırda İstanbulda yaşayan 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun "3D modelləşdirmə və tekstur" mövzusunda ustad dərsi keçirilib.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, ustad dərsi 3D modelləşdirmə sahəsindəki yeniliklər, film və oyun sənayesindəki yaranan müasir tendensiyaları, istifadə edilən metodların tətbiqini göstərmək məqsədilə reallaşıb.

Görüşdə Əsgər İsmayılov 3D modelləşdirmə sahəsində tətbiq edilən yenilikləri, bu sahədə qazandığı təcrübələrini layihə iştirakçıları ilə bölüşüb və onların suallarını cavablandırıb.
Ustad dərsi "Zoom" tətbiqi vasitəsilə "Digitalart-lab" layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.