Almaniya kubokunda ilk finalçı müəyyənləşib

1 May 2021 02:03 (UTC+04:00)

Almaniya kubokunda ilk finalçı müəyyənləşib.

SİA xəbər verir ki, bu, "Leyptsiq"dir. Komanda yarımfinalda "Verder"lə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Yekunda 2:1 hesabı ilə qalib gələn komanda finala yüksəlib.

Qeyd edək ki, "Leyptsiq" həlledici matçda "Borussiya" (Dortmund) - "Holşteyn Kil" cütünün qalibi ilə qarşılaşacaq.

30 aprel

"Verder" - "Leyptsiq" - 1:2
Qollar: Çan, 93 (0:1), Bittenkort, 105+1 (1:1), Forsberq, 120+1 (1:2)