Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 394 nəfər dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 40 131 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 68 183 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 323 897 nəfər təşkil edir.