Ozan Can Kökçünün komandası doğma meydanda xal itirib

1 May 2021 02:31 (UTC+04:00)

Futbol üzrə Niderland 2-ci liqasında 36-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Ozan da bu matçın iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 36 turdan sonra 41 xalla 13-cü sıradadır.