Hansı cütlüklər evlilikdə daha xoşbəxt olur?

30 Aprel 2021 11:43 (UTC+04:00)

İkinci ən ümumi cavab, dostlara əsaslanan bir sevginin evliliyinin daha uzun müddət davam etməsi idi. Partnyorunuzla dərin bir dostluq əlaqəsi yaratmaq sizi sevindirməklə yanaşı, fiziki və psixoloji sağlamlığınıza da dəstək olur və uzun ömür təmin edir. Tədqiqatın nəticələrinə görə, dostluğa əsaslanan münasibət, ehtirasa əsaslanan münasibətdən daha razıdır.

Ən yaxşı dostunuzla evlənmək bəlkə də misilsiz fürsətdir. Hər ikiniz bir-birinizi həqiqətən tanıyırsınız və dərin hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinmirsiniz. Həmçinin, aranızda güvən problemi də olmayacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar bunu sübut edir. Görünür ki, ən yaxşı dostu ilə evlənən cütlüklər daha xoşbəxtdir.

Evlənmək həyatını, kədərini, xoşbəxtliyini və gələcəyini onunla birləşdirmək deməkdir. Araşdırmalar ən yaxşı dostu ilə evlənən insanların digər evli insanlardan 2 qat daha xoşbəxt olduğunu ortaya çıxarıb. 15 ildən çox evli olan cütlüklərə diqqət yetirən tədqiqatçılar, uzunmüddətli münasibətlərin bir nömrəli səbəbinin nə olduğunu soruşublar. İştirakçılar cavab olaraq, həyat yoldaşları ilə eyni zamanda "yaxşı dost" olduqlarını vurğulayıb.

İkinci ən vacib cavab isə, dostluğa əsaslanan evliliyin daha uzun müddət davam etməsi olub. Partnyorunuzla dərin bir dostluq əlaqəsi yaratmaq sizi sevindirməklə yanaşı, fiziki və psixoloji sağlamlığınıza dəstək olaraq, uzun ömür təmin edir.

Ayşən Vəli