Məşhur Salda gölünün Marsla əlaqəsi nədir? - MARAQLI

28 Aprel 2021 20:15 (UTC+04:00)

NASA dərin mavi suları və ağ qumu ilə tanınan və Türkiyədə yerləşən Salda gölünün Marsla bağlı sirlər gizlətdiyinə inanır. Bu gölün araşdırılması, turist sayının artması və populyarlıq qazanması səbəbindən risk altında ola biləcəyini bildirilir. SİA xəbər verir ki, ABŞ alimlərinin Qırmızı Planetdən video yayımlayan "Perseverance"ın gəzinti tapşırığına hazırlaşmaq üçün Salda gölü ətrafında gəzməyə başlaması bütün diqqətləri bu bənzərsiz yerə yönəldib və göl beynəlxalq nüfuz qazanıb.

NASA laboratoriyasına aid rəsmi sosial şəbəkə hesabı "sulu" Marsın milyardlarla il əvvəl nəyə bənzəyəcəyini təsvir etmək üçün Salda gölünün şəkillərini paylaşıb.

Türkiyənin cənub-qərbində yerləşən bu 4 min 370 hektar göl artıq hökumətin də marağındadır. Xalq istifadəsi üçün daha çox yaşıl sahə yaradılması layihəsi çərçivəsində bəzi hazırlıqlar edilir.

NASA-nın gölə marağı ətraf mühit təşkilatlarını və təbiət fəallarını məmnun etmədi, çünki səlahiyyətlilərin daxili və xarici turizm gəlirləri üçün bu sahəyə giriş və yerləşmə imkanı təmin edəcək layihələr həyata keçirməsindən narahatdırlar.

Gölün ekosisteminin həssas təbiəti səbəbindən, kənarda gəzən çox sayda insanın belə gölü xüsusi edən şərtləri tez bir zamanda aradan qaldıra biləcəyi barədə xəbərdarlıqlar edilir.

Mars kraterində olan eyni minerallar Salda gölündə…

Göldə endemik növ bir çox müxtəlif növ minerallar var. NASA-ya görə bu minerallardan biri hidromaqnezitdir. Bu mineral, Marsdakı Jezero kraterində də tapılıb və "Perseverance" hazırda bu krateri araşdırır.

Salda gölündəki bu hidromaqnezit yataqlarının ilk mikrobların əmələ gəlməsi üçün əsas olan mikrobialitlərdən gəldiyinə inanılır.

Bütün bunlar Marsda çox uzun bir müddət həyat ola biləcəyini göstərir.

"Dünyada Salda gölü kimi bir çox tektonik göl var, lakin Saldanı xüsusi və bənzərsiz edən, içindəki canlılarla qapalı bir ekosisteminə çevrilməsidir". Geologiya mühəndisi Sərvət Çevni "Bu göl, canlı bir orqanizmə bənzədiyi üçün xarici faktorlara qarşı çox həssasdır"- deyə vurğulayıb.