Həm Jirayr Sefilyan, həm də Andanik Çavuşyan fransız kəşfiyyatının livanlı agentləridirlər
Məlum olduğu kimi, Rusiya sülhməramlıları Xocavənddə nəzarət etdikləri bölgədə ermənilərdən faşist Qaregin Njdenin heykəlinin mayın 9-na qədər sökülməsi tələbini irəli sürüblər. SİA xəbər verir ki, artıq bununla bağlı xəbərdarlıq da edilib və maraqlı məqam da budur ki, erməni tərəfi terrorçunun abidəsinin demontaj edilməsi yerinə rus SM-na, sözün əsl mənasında, buynuz atmağa başlayıblar. Bu məsələdə ən fəal görünən isə 2014-cü ildən Laçında qeyri-qanuni şəkildə məskunlaşan Livan ermənisi Andranik Çavuşyandır.
Məsələyə Laçında qeyri-qanuni olaraq məskunlaşan Livan ermənisi Andanik Çavuşyanın qatılması isə növbəti məsələləri agah edir
Xatırlatmaq yerinə düşərdi ki, hələ 2019-cu ildə Rusiyanın Krasnodar vilayətinin Armavir vilayətində yaşayan ermənilər həmin şəhərdə faşist və terrorçu Njdenin abidəsini ucaltmışdılar. Lakin yerli hakimiyyət dairələri İkinci Dünya Müharibəsinin veteranları tərəfindən, eləcə də administrasiyada fəaliyyət göstərən şəxslərin çoxsaylı şikayətlərdən sonra Njdenin abidəsinin sökülməsinə nail oldular. Məhz bu fakt hazırda separatçı və hələ də Qarabağda var-gəl edən, barələrində hüquqi ölçülər götürülməyən ermənilər tərəfindən qara fikirlərlə xatırlanır. Bu səbəbdən də onlar qatil Njdenin Xocavənddəki abidəsinin qarşısına əski parçası asaraq və onun üzərinə rus dilində həştəq hazırlayaraq “Bura sizin üçün Armavir deyil” sözünü yazıblar. Sözügedən məsələyə Laçında qeyri-qanuni olaraq məskunlaşan Livan ermənisi Andanik Çavuşyanın qatılması isə növbəti məsələləri agah edir.
QISA ARAYIŞ: Andanik Çavuşyan – Livan ermənisidir. Daşnaksyutunun üzvüdür. 2014-cü ildən Azərbaycanın Laçın rayonuna qeyri-qanuni şəkildə məskunlaşan ermənilər sırasında yer alır. Laçının Zabux kəndində “icma rəhbəri” kimi qanunsuz səlahiyyət daşıyır.
44 günlük müharibədən sonra Rusiya sülhməramlılarına qarşı aktiv şəkildə çıxışlar edir, hansı ki, məhz onların sayəsində Qarabağda qanunsuz şəkildə yaşamaqdadır.
“Ruslardan asılı vəziyyətdə yaşamağa hazırlaşmıram”, “Ruslar hər zaman təzyiqlər göstərəcəklər və ermənilər asılı vəziyyətdə qalmağa davam edərlərsə, bu zaman tezliklə İrəvanda Atatürkün heykəli ucaldılacaq” kimi ifadələr bu separatçıya məxsusdur.
Fransadan verilən əmr - Njde üzərində təşkil edilən aksiyada hədəf olaraq Rusiya sülhməramlıları götürülsün və onların diskreditasiyaları istiqamətində işlərə başlanılsın
Və burada belə bir sual yaranır: nəyə görə Xocavənddə faşist kollaboranistinə ucaldılmış abidənin demontajına Xocavənd erməniləri deyil, məhz Laçında var-gəl edən və Livandan göndərilmiş separatçı çıxış edir? Ona görə deyilmi ki, Çavuşyanın yerlisi, digər Livan ermənisi və Ermənistanın “Sasna Srer” partiyasının rəhbəri Jirayr Sefilyan ona “krışalıq” edir? Çünki bildiyimiz qədər, Sefilyan da anti-Rusiya siyasətinə üstünlük verir, həmçinin Fransa ilə sıx əlaqəsi olan şəxslərdən biri kimi tanınır və...
Və o Fransa xüsusi xidmət orqanlarının kreaturasıdır. Yəni fakt budur ki, onların hər ikisi – həm Jirayr Sefilyan, həm də Andanik Çavuşyan farnsız kəşfiyyatının livanlı agentləridirlər. Hər ikisinin də bilavasitə rusafob baxışlara malik olmaları da həmin məsələnin köklərinə söykənir. Bu gün onlara verilən tapşırıq da bundan ibarətdir: Njde üzərində təşkil edilən aksiyada hədəf olaraq Rusiya sülhməramlıları götürülsün və onların diskreditasiyaları istiqamətində işlərə başlanılsın. Lakin buna inanmaq kifayət qədər çətindir. Hətta bu olayın anidən Azərbaycanın xeyrinə dəyişəcəyini də düşünmək olar. Misal üçün, ruslar Çavuşyanı separatçılıq, qanunsuz silah gəzdirmə, qanunsuz silahlı birləşməyə bağlı olma ittihamı ilə həbs edərək, bizə təhvil verə bilər. Nə deyirik, təki belə də olsun. Çünki növbədə çoxları dayanıb...
Rövşən RƏSULOV