Gürcüstanlı aktyor Kaxi Kavsadze dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, fevralın ortalarından etibarən sətəlcəm olub və Tiflisdə xəstəxanalardan birinə yerləşdirilib. Lakin ona edilən müalicələrin heç bir təsiri olmayıb və aktyor 86 yaşında vəfat edib.
Kaxi Kavsadze musiqiçi ailəsində anadan olub. Bu günə qədər 80-dən çox filmdə rol alıb. O, daha çox məşhur "Səhranın ağ günəşi" adlı ekran əsərində canlandırdığı Abdulla obrazı ilə yaddaşlarda qalıb.
