Koronavirusun yayılmasından sonra, daha çox kompüter qarşısında olmaq insan beyni üçün çox çətindir. Lakin pandemiya dövrünün tələblərinə görə, daha çox rəqəmsal vasitələrdən istifadə edirik. Bəs rəqəmsal vasitələrdən düzgün necə istifadə edə bilərik?
Bir ildən çoxdur pandemiya dövründə komputer ekranlarına daha çox baxırıq. Bir çox insan onlayn iş rejimində çalışdığından bir-biri ilə ünsiyyət qurmaları çətinləşib. Gündəlik həyatımızın virtual fəaliyyətdə keçməsi “rəqəmsal sıxlığ”a səbəb olub. İşləmək üçün rəqəmsal alətlərdən istifadə edirik. Microsoft tərəfindən aparılan araşdırma zamanı 31 ölkədən olan 30 min internet istifadəçisinin vərdişləri izlənilib və nəticələr çox həyəcanverici olub. “Microsoft”un vitse-prezidenti Kared Spataro bildirib ki, statistikaya görə, insanlar həftəlik onlayn iclaslarda 148% daha çox vaxt keçirirlər. Həftənin ortası istifadəçilərin keçirdiyi saatlar 42%, həftə sonları isə sosial mediada 200% daha çox söhbət edirlər. Müştərilərimiz 2021-ci ilin fevralında ötən ilin eyni dövrünə nisbətən 40 milyard çox e-poçt alıblar”.
Spataro xüsusi olaraq qeyd edib ki, bütün bu vaxt beynimiz üçün çətin olan bir idrak yükü yaradır: "Bu rəqəmsal intensivliyi azaltmağa kömək edə biləcək bəzi qısamüddətli düzəlişlər var, lakin problem həm də ünsiyyətin qurulmasındadır. Əlbəttə ki, məsafəli işə keçid ekran qarşısında daha çox vaxt keçirmək deməkdir. İclaslar üz-üzə aparıldığı üçün virtual qarşılıqlı əlaqə indi yeganə seçimimizdir. Rəqəmsal sıxlığıın azaldılması üçün yalnız video chat platformalarının dəqiq tənzimlənməsi lazımdır. Lakin bu, problemin həlli deyil. Yeni dövrə qədəm qoymuşuq. Yeni vərdişlərə, yeni təcrübələrə, yeni mədəni anlayışlara ehtiyacımız var. Yeni bacarıq və nümunələr öyrənib yeni mədəniyyət normaları yaratmalıyıq. Güclü iş seanslarına ehtiyacımız var".
“Global Workplace Analytics” rəhbəri Kate Lister Microsoft tədqiqatındakı bəzi rəqəmlərə diqqət çəkib: “Əlbəttə, əlaqə yaratmaq üçün komputer proqramları indi daha çox istifadə olunur. Əvvəl bundan heç kim istifadə etmirdi. Evdən işləmək təbii olaraq virtual alətlər tələb edir, bu səbəbdən Microsoft-un video konfrans tətbiqetməsinin (və ya Zoom kimi platformalarda oxşar artımların) artan istifadəsi gözlənilməlidir”.
“Real həyatda beynimiz bir çox insanın qarmaqarışıq görüntüsünə baxmaq üçün qurulmayıb”, deyə Maykl Bohan bildirib. “Microsoft”un hesabatında bir çox ölkədə iş gününün bir saat, toplantıların isə orta hesabla 10 dəqiqə daha uzun olduğu göstərilib. Kompüter önündə üz-üzə komanda görüşməsi zamanı biz daim oturaq vəziyyətdə oluruq: "Beynimiz gerçək dünyada bir-birinə bağlıdır. Yəni, bədən işarəsi və ünsiyyət qurmaq üçün istifadə etmək üçündür. Kiçik qutularda bir çox iştirakçı ilə virtual görüş zamanı beynimiz hər bir iştirakçıdan ayrı-ayrılıqda işləməyə, dinləməyə, anlamağa və vizual işarələr almağa çalışır. İclasın gündəliyinə diqqət yetirməyə başlamazdan əvvəl də beyniniz işdən artıq vaxtda işləyir. Bunun şüurlu bir şəkildə fərqində olmaya bilərsən, ancaq bir ekranda işləmək beyninizə bu böyük idrak yükü verir”.
Onlayn görüşlər nə qədər çox olarsa, beynimiz bir o qədər pisləşir. Bir işdə tədqiqat qrupu bir sıra süni virtual görüşlər zamanı insanların beyin fəaliyyətini müşahidə ediblər. İştirakçıların istirahət zamanı beyinlərində alfa dalğaları və beyin işlək vəziyyətdə olduğu vaxt nə qədər beta dalğaları istehsal olunduğunu izləyiblər. Bir günlük müşahidə zamanı gördükləri demək olar ki, sonsuz bir beta dalğası ardıcıllığı idi. Günün sonunda bu beta dalğalarının yığılması insanların yorğun və narahat hiss etmələri ilə güclü əlaqələndirildi. Onlayn görüşlər tək problem deyil. Beyniniz hər dəfə eyni vaxtda çox məlumat emal etdiyiniz zaman yük dalğaları yaradır. Başqa sözlə demək olar ki, hər dəfə bir ekrana baxanda bir müddət sonra beyninizin işi yavaşlamağa başlayır.
Lakin tətqiqatlar zamanı bir məsələdə ortaya çıxmışdır ki, 10 dəqiqəlik fasilə qədər sadə bir şey düzgün istifadə edildiyi təqdirdə rəqəmsal sıxlığın təsirlərini azaltmağa kömək edə bilər. Uzun iclasları və ya ekrandakı işləri dayandırmaq beyin yükünü azaltmağa kömək edə bilər.
M.Bohan qeyd edir: "Fəaliyyətinizə ara verin və oxumaq, eskiz cızmaq kimi bir şey etsəniz beyniniz daha rahat olacaq və fasilədən sonra daha nişanlı və fokuslu olacaqsınız. Fasilələr vermək, gün ərzində daha yaxşı beyin sağlamlığını bərpa etməyə və qorumağa imkan verir".
İşin ümumiyyətlə daha çətin və çox vaxt aparması faktı ilə bizə ağırlaşan qorxunc bir iş yükü, düşüncə fasiləsinin qeyri-mümkün olmasını göstərir.
Kate Lister bildirir: "Üzbəüz və ya virtual aləmdəki görüşlərin çoxunun "israfçı" olduğuna inanırıq. Virtual görüşlərdə çox tapşırıq verirlər bu, idrak yükünün tamamilə başqa bir problemidir".