"İnstagram" həyatımızda böyük yerə sahibdir. Poz vermək, düzgün işığı tutmaq, arıq görünmək pozasını tapmaq, geyimi gözəl şəkildə göstərmək və s. çox vacibdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "İnfluencer"lər bu işin mütəxəssisləridir və son illərdə ən yaxşı modellərdən daha yaxşı işləyirlər.
Tünd tonlardan çəkinin.
Yüngül parıldayan incə toxumalı bronzlaşdırıcılar, əksəriyyətimizin yaşadığımız fotoşəkillərdəki solğun dəri problemini aradan qaldırmaq üçün idealdır. Həmçinin, yanaq sümüklərinizə orta çəhrayı bir ənlik və dodaqlarınıza parlaq rəngli pomada tətbiq etməyə çalışın (qaranlıq və tutqun olanlardan çəkinin).
Kameranı başınızın üstündə saxlayın.
Aşağı bucaqdan çəkilmiş fotoşəkildə kilolu olmaq ehtimalı var. Lakin, bu bucaq biraz yuxarı baxmağınızı tələb etdiyindən, boynunuzu və bədəninizi daha uzun göstərər.
Məşhurların duruşunu kopyalayın.
Məşhurlar ən çox necə poz verir? Vücudunuzu bir az yana çevirin, bir ayağınızı digərinizin önünə, bir əlinizi budunuza qoyun və başınızı bir az kənara əyərək obyektivə baxın.
İşığa diqqət yetirin.
Fotoşəkil çəkilməmişdən əvvəl işığa baxın. Doğrudan hər hansı bir işıq mənbəyinə baxmaq gözlərinizi kiçildərək daha parlaq göstərir və eyni zamanda, fotoda qırmızı görünməsinin qarşısını alır.
İşığın altında poz verməyin.
Üzünüzdə qəribə kölgələrin olmaması, dərinizin quru düşməməsi, gözaltınızın torbalı çıxmaması üçün işıq altında poz verməyin. Bunun əvəzinə, təbii işıqda, məsələn pəncərə qarşısında dayanın.
Açıq rəngli sadə fonlar seçin.
Arxa planda diqqət çəkmək kimi məqsədiniz yoxdursa, poz vermək üçün açıq rəngli sadə fonları seçin. Xüsusilə də, ağ fonun qarşısında dayandığınızda üzünüz daha aydın və parlaq görünür.
Üzünüzü bir az kənara çevirin.
Bucağa diqqət yetirin. Birbaşa kameraya baxmaq nadir hallarda yaxşı nəticələr verir. Üzünüzə dərinlik əlavə etmək üçün başınızı bir az yan tərəfə çevirin - üzünüzün yarısı daha yaxşı bəyəndiyiniz kameraya tərəf.
Günəşin doğuşu və günbatımı yaxşı seçimdir.
Açıq havada poza verərkən birbaşa günəş işığına məruz qalırsınızsa, gözlərinizi qırpacaqsınız. Belə şəraitdə günortadan sonra və axşam saatlarını seçin. Əslində, möhtəşəm fotolar üçün ən yaxşı vaxt gün doğuşu və batımıdır.
Artıq hissələri kamuflyaj edin.
Artıq çəkinizin fotoşəkildə görünəcəyindən narahat olursunuzsa, ən geniş yayılmış metodu sınayın. Çantanızı kamuflyaj etmək istədiyiniz nahiyənin qarşısında saxlayın.
Dilinizi dişlərinizin arasına qoyun.
Üzünüzdəki artıq yağı təmizləyin, yanaqlarınızı bir az çəhrayı etmək üçün çimdikləyin və tam gülüş üçün dilinizi dişlərinizin arasına qoyun.
Ayşən Vəli