Musiqi məktəbinin növbəti uğuru

27 Aprel 2021 16:53 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdi Əliabbas Musayev “Qavaldaş” zərb alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin IV respublika onlayn festival-müsabiqəsində iştirak edib.

İdarədən SİA-ya bildirilib ki, Əliabbas Musayev nağara nominasiyası üzrə 12-16 yaş qrupları arasında çıxış edərək III yerə layiq görülüb. Bu nəticə ilə Əliabbas beynəlxalq müsabiqənin yarımfinalına keçib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev Sarayı ilə birlikdə keçirilən “Bizi də tanıyın” adlı layihədə Əliabbas Musayev “Azərbaycan ritmləri” kompozisiyası ilə çıxış edib və bu çıxışı “Mədəniyyət” kanalında, Heydər Əliyev Sarayının “YouTube” kanalında yayımlanıb.