Neftin qiymətində bahalaşma baş verib

25 May 2011 08:49 (UTC+04:00)
Neftin qiyməti yenidən qalxıb. SİA-nın məlumatına görə, neftin qiyməti Londonun ICE Futures birjasında iyul fyuçerslərində Brent markalı neftin bir barelinin qiyməti 2,43 dollar qalxaraq 112,53 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə iyul fyuçerslərində Light Sweet Crude Oil markalı neftin bir barelinin qiyməti isə 1,89 dollar qalxaraq 99,59 dollar olub. Neftin qiymətinin bahalaşmasına səbəb isə OPEK-in neft hasilatını azaltması göstərilir. Belə ki, Liviyadakı hadisələrə görə artıq bazara əvvəlki kimi Liviya nefti çıxa bilmir.