Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib. SİA-nın məlumatına görə, bu haqda xanəndənin yaxınları məlumat yayıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusa yoluxub. Müalicə almağına baxmayaraq həkimlər ifaçını xilas edə bilməyiblər.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.