Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib

27 Aprel 2021 01:05 (UTC+04:00)

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

SİA xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında şair, ədəbiyyatşünas, professor Vüqar Əhməd yazıb.

V.Əhməd bildirib: "Üç saat öncə danışdım. Dedi ki, Vüqar, yaxşı olacam. Heyf, özümə gələ bilmirəm. Allah rəhmət eləsin".

O, B.Əşrəfovun bir saat əvvəl vəfat etdiyini deyib: "Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabah səhər Masallıya aparılacaq, orada anasının yanında dəfn olunacaq".

Qeyd edək ki, 70 yaşlı müğənni koronavirusa (COVID-19) yoluxmuşdu, ev şəraitində müalicə alırdı.