Kosmosda "zaman anlayışı" necədir? - Astronavtlardan AÇIQLAMA

26 Aprel 2021 15:16 (UTC+04:00)

Avropa Kosmik Agentliyi (ESA) astronavtı və “euronews kosmik müxbiri” Luka Parmitano və NASA astronavtı Andru Morqan, “Kosmik qeydlər” proqramında Beynəlxalq Kosmik Stansiyadakı təcrübələrini və izləyicilərin suallarını cavablandırıblar. SİA xəbər verir ki, bu bölümdə Parmitano kosmosdakı "zaman anlayışı" ilə əlaqəli sualı cavablandırıb.

Kosmik bazada vaxt necə keçir? Zamanın anlayışı Yerdəki kimi 24 saatdır?

Luka Parmitano komandası ilə Beynəlxalq Kosmik Stansiyada (ISS) çox çalışdığını və bu səbəbdən zamanın günlük çox yavaş, lakin həftələrin sürətlə keçdiyini söyləyir.



"Kosmosda zaman necə keçir?"

"24 saatlıq gün ritmi üzərində işləyirik. Həqiqət budur ki, digər servisdən fərqli olaraq bu kosmik modulda təbii işıq yoxdur. İşıqları yandırıb, söndürürük və bu bizə təsir edir. Əgər, pəncərədən baxsaq 24 saat ərzində 16 gün doğumu və 16 gün batımını görərik”.