Masallı sakini icra hakimiyyəti binasının qarşısında intihara cəhd edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.
Rayon Mühafizə Bölməsi əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.