İranın prezidenti Mahmud Əhmədinejad ölümlə nəticələnə biləcək təhlükədən dönüb. SİA-nın məlumatına görə, dövlət başçısının neftayırma zavodunun açılışında iştirakı zamanı qəflətən partlayış baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb. Təhlükəsizlik səlahiyyətliləri partlayışa qaz sızıntısının səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, partlayışdan bir neçə dəqiqə sonra Əhmədinejad İran televiziyasında canlı yayınlanan çıxışına dəvam edib.