Baba Vəziroğlu ilə görüş olub FOTO

26 Aprel 2021 11:55 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Əməkdar incəsənət xadimi, nasir, şair Baba Vəziroğlu ilə onlayn görüş keçirib.

Kitabxanadan SİA-ya bildirilib ki, tədbiri MKS-nin əməkdaşı Təranə Quliyeva açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra Baba Vəziroğlu tədbirə dəvət olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirərək yaradıcılığından söhbət açıb və bir neçə şeirini söyləyib. O, ilk növbədə, öz kitabxana xatirələri, ilk mütaliə təcrübələri haqqında danışıb, mütaliənin, kitabın onun həyatında necə mühüm bir rol oynadığını dilə gətirib.

Tədbirdə 245 nömrəli tam orta məktəbin müəllimi İlhamə Həsənovaya və həmin məktəbin kitabxana müdiri Sona Əlizadəyə və başqaları çıxış edərək şairin poeziyası ilə bağlı fikirlərini bölüşüblər və şeirlərindən nümunələr oxuyublar.

Sonda şair oxucuların suallarını cavablandırıb.