Xəstəxanalıq olan Arif Quliyevdən xəbər var: "Vəziyyəti kritikdir" AÇIQLAMA

26 Aprel 2021 10:38 (UTC+04:00)

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub. SİA-ya bu barədə aktyorun həyat yoldaşı Gülzar xanım açıqlama verib: "Arif müəllimin hazırda vəziyyəti çox pisdir. Süni tənəffüs aparatına qoşulub. Həkimlər əlindən gələni edirlər. Amma buna baxmayaq özünü yaxşı hiss etmir. Vəziyyəti kritik olaraq qalır.

Əlimizdən yalnız Allaha dua etmək gəlir".