Sidqi Mustafayevin ikinci qızı və qayınanası da Covid 19-dan vəfat etdi

24 Aprel 2021 14:45 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət bir müddət əvvəl koronovirus infeksiyasından vəfat edib. SİA-nın məlumatına görə, tarzənin digər qızı Hökümə də bu gün Covid-19-dan dünyasını dəyişib.

Bu haqda saytımıza ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Qeyd edək ki, Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.