Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin Simli və nəfəsli alətlər şöbəsinin uğurları davam edir. İdarədən SİA-ya bildirilib ki, məktəbdə skripka ixtisası üzrə təhsil alan Turan Dadaşov İsraildə keçirilən “Holy Land” II beynəlxalq müsabiqədə iştirak edib.
“İnstrumental ifaçılıq” nominasiyasında onlayn müsabiqəyə qatılan Turan Dadaşov münsiflər heyətinin qərarı ilə Qran-Pri mükafatına layiq görülüb.
Qeyd edək ki, gənc istedadın müəllimi Rauf Abıyev yüksək pedaqoji ustalığına və konsertmeyster Elxan Quliyev yüksək müşayiətçi sənətinə görə, milli mədəniyyətin inkişafında töhfələrinə, dünya mədəniyyəti irsini təbliğ etməyə imkan verən peşəkar bacarıqlarına görə təşəkkürnamə ilə mükafatlandırılıblar.