“Nikol Paşinyan bu ayın sonuna qədər istefa verəcək” "Mənim addımım"

23 Aprel 2021 17:13 (UTC+04:00)

Bu günün aprelin 23-ü olduğunu nəzərə alsaq, yaxın gələcəkdə, bu ayın sonuna qədər Ermənistanın baş naziri Nikol Paşinyan istefa edəcəyini düşünürəm. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts 23 aprel Ermənistan Milli Məclisində jurnalistlərə verdiyi müsahibəsində Nikol Paşinyanın istefa məsələsinə toxunarkən söyləyib.
Ancaq o, konkret bir günü deməkdə, konkret bir tarixi söyləməkdə çətinlik çəkib.
"İstefa bu ayın sonuna qədər baş verəcək", deyə Makuns bildirib.