Azərbaycanda peyvənd olunanların SAYI açıqlandı

23 Aprel 2021 17:01 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 424 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 396 391, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 926 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470 315 təşkil edir.