Koronavirus xəstəliyindən sağalan Xatirə artıq evində FOTO

23 Aprel 2021 16:32 (UTC+04:00)

Koronavirus xəstəliyə yoluxan müğənni Xatirə İslam artıq sağalıb. SİA-nın məlumatına görə, ifaçı artıq xəstəxanadan evinə qayıdıb.

Xatirə sosial media hesabında oğlu ilə birlikdə şəklini yayımlayıb və bu sözləri qeyd edib: "Allah balalara qıymasın. Allah heç kimi bala ilə imtahan etməsin. Allah bütün xəstə valideynləri öz balalarına bağışlasın".

Onun bu paylaşımına izləyicilər tərəfindən çoxlu şərhlər yazılıb. Onlar sənətçiyə və həyat yoldaşı Fəxrəddinə Allahdan şəfa diləyiblər.