Kərəm Aktürkoğlu haqqında gözlənilməz qərar

23 Aprel 2021 16:07 (UTC+04:00)

Son həftələr İstanbulun "Qalatasaray" klubunda öz oyunu ilə məşhurlaşan Kərəm Aktürkoğlu İspaniyanın nəhəng futbol klubu "Sevilla"nın diqqətini cəlb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liga komandasının idman direktoru Monçinin gənc futbolçu üçün təşəbbüs göstərəcəyi öyrənilib.

Qeyd edək ki, gənc oyunçunun "Qalatasaray" la 2024-cü ilin iyun ayına qədər müqaviləsi var.

Arzu Elsevərqızı