"YAŞAT" Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi FOTO

23 Aprel 2021 16:01 (UTC+04:00)

“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb. Bu barədə SİA-ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, "YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.