Bakıda məktəbdən oğurluq edildi

23 Aprel 2021 14:09 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Babayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulmuş 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.