“Hərbi Qənimətlər Parkı “Dəmir yumruğ” siyasətinin qürurverici nümayişidir” Mehdi Balabəyov

23 Aprel 2021 14:03 (UTC+04:00)

“Ali Baş Komandan, Prezident İlham Əliyev hələ dekabrın 10-da Zəfər paradında çıxışı zamanı Bakıda Hərbi Qənimətlər Parkının açılış ilə bağlı təşəbbüs irəli sürmüşdü. Nəhayət, aprelin 12-də Ali Baş Komandanımızın iştirakı ilə Hərbi Qənimətlər Parkının açılış mərasimi keçirildi. Bu, çox möhtəşəm və qürurverici bir tədbir idi. Burada ermənilərin qoyub qaçdıqları atıcı silahlar, ağır texnıkalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilirdi”. Bu fikirləri YAP Şabrvn rayon təşkilatının sədri Mehdi Balabəyov SİA-ya açıqlamasında bildirib.

“Bu park bizim qələbəmizin rəmzidir”,- deyən Mehdi Balabəyov bildirib ki, açılış mərasimini izlədikcə çox böyük qürur keçirirdik. Həmişə qürurlu, məğrur və qalib, Müzəffər Ali Baş Komandanı kimi gördük. Dövlət başçımızın açılış mərasimindəki çıxışından bəzi məqamları diqqətə çatdırmaq istəyiəm: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

“Hərbi Qənimətlər Parkındakı hərbi qənimətlər onu təsdiq edir ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır: “Məğlubiyyətə uğrayan düşmən ordusu hərbi texnikalarını aparmağa belə imkan tapmamışdır. Bu qələbə onu göstərdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir. Dövlət başçımızın söylədiyi kimi: “Bu, çox qürurverici idi. Bu parkın açılışı ona görə əhəmiyyətli idi ki, Azərbaycan xalqı əldə etdiyimiz qələbəni canlı görmək imkanı qazandı. Bu, qələbəmizin simvollarından biridir. Bu park həm də Ermənistan üçün mesaj əhəmiyyətli idi. Ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər. Etnik təmizləmə, soyqırımı siyasətinin sonu məhz belə ağır bədəl ödəməklə nəticələnir. Bu, həm də bütün dünya ermənilərinə mesajdır”.

M.Balabəyov oneu da vurğulayıb ki, Cənab Prezidentin açılış mərasimində dediyi bu sözlərə də diqqət yönəltmək istərdim: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir?".

"Bəli, əsl mənada vəhşilikdir. Dövlət başçımız Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda səfərdə olarkən dağıdılmış ərazilərin tezliklə bərpa ediləcəyini bildirmişdi. Artıq quruculuq işlərinə start verilmişdir”,-deyən M.Balabəyov onu da vurğulayıb ki, qələbəmizi həzm edə bilməyən düşmən qüvvələr, zəfər yürüşümüzü ləngitməyə çalışan iki üzlülər, o cümlədən “5- ci kolon”un sosial şəbəkə cəngəlliyində eşələnən tör- töküntüləri bilməlidir ki, Azərbaycan xalqının Dəmir yumruğu hər zaman onların xain başını əzməyə qadirdir. Bizim milli birliyimizi heç kəs poza bilməz: “Çünki güclü lideri olan Xalqın iradəsin əzmək, ona qalib gəlmək mümkün deyildir. Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin doğmaları üçün təsəlli odur ki, onlar öz canları, qanları hesabına Vətəni düşməndən təmizlədilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti eyni zamanda ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq, düşmən üzərində misli görünməmiş qələbə qazandıq, düşməni qarşımızda diz çökdürdük".

Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün bir güzgü olacağını deyən M.Balabəyov vurğulayıb ki, bu parka gələn hər bir kəs, hər bir gənc sözsüz ki, qürur hissi keçirəcək və bu zəfəri Ali Baş Komandanımızın “Dəmir yumruğ” siyasətinin qürurverici nümayişi kimi tariximizin qızıl səhifəsi kimi yadda saxlayacaqlar.

R.HÜSEYNOVA