Hamiləlik dövründə hansı testlər edilməlidir?

23 Aprel 2021 14:04 (UTC+04:00)

Hamiləlik dövründə qan uyğunsuzluğu, infeksiyalar, anadangəlmə xəstəliklər və inkişafdan qalma kimi bir çox problem aşkar edilə bilər. Bu dövrdə edilən testlər ana və körpənin sağlamlığı üçün vacibdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər hamiləlik dövründəki müayinə testləri haqqında məlumat verib. Bəs hamiləlik dövründə hansı testlər vacibdir? Kim nəyə diqqət etməlidir?

Həkim Müge Temel hamiləlik dövründə müayinə testləri haqqında məlumat verib: “Hamiləliyin sağlam şəkildə davam etməsi üçün bəlli həftələrdə testlər tətbiq olunmalıdır. Bu testlərlə qan uyğunsuzluğu, infeksiyalar, anadangəlmə xəstəliklər və inkişafdan qalma kimi bir çox problemi aşkar edilir”.

Hamiləlik prosesi zamanı ediləcək testlər.

Bu testlərlə hamilə qadınlarda böyrək və qaraciyər, tiroid hormonu və bəzi vitamin səviyyələri yoxlanılır.

Hamiləlik ən kritik vaxtlarında isə bu testlər edilməlidir: "Ana ilə ata arasında bir Rh faktoru uyğunsuzluğu varsa, yəni ana Rh mənfi və ata Rh pozitivdirsə, qan uyğunsuzluğu testi olaraq bilinən “Coombs” testi tətbiq olunur. Həm ana, həm də körpəyə təsir edə biləcək bəzi infeksiyalar üçün lazımlı testlər edilir”.

Xromosom pozğunluğu ortaya çıxıb.

"İkinci trimestrin əvvəlində Daun sindromunu və digər xromosom xəstəliklərini aşkar etmək üçün ikiqat, üç və dördlü skrininq testlərindən istifadə edilə bilər. Bu testlər 16-20-ci həftələr arasında tamamlanır. Əlavə olaraq, 18-ci həftədə ətraflı ultrasəs müayinəsi aparılır. 22-ci həftədə körpənin böyüməsi, inkişafı, orqan inkişafı və plasentanın vəziyyəti haqqında məlumat vermək üçün 24-28 həftələr arasında şəkərli diabetin araşdırılması üçün şəkər yükləmə testi tələb olunur”.

Çətin problemlərin qarşısını almaq.

Həkim fikirlərinə əlavələr edib: "Bu testlər ana və körpə sağlamlığı haqqında məlumat sahibi olmaq və sonradan qarşılaşa biləcək geri dönülməz problemlərin qarşısını almaq üçün çox vacibdir. Testlər arasında ektopik hamiləlik, inkişafdan qalma, uşağın tələf olma riski, xromosom xəstəlikləri, gizli infeksiyalar, erkən doğuş riski, ölü doğum riski, qan uyğunsuzluğu kimi halları müəyyən edir”.

Ayşən Vəli