Marketdən oğurluq edildi

23 Aprel 2021 13:12 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Balayev və V.Əliyev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Buzovna qəsəbəsi ərazisindəki marketlərin birindən 710 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Balayev və əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıblar.