Yeni Günəşlidə ağır qəza: ölənlər və yaralılar var

23 Aprel 2021 12:50 (UTC+04:00)

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 23-də saat 2 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Nəbiyevin idarə etdiyi “BMW” və Kəlbəcər rayon sakini Rövşən Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə R.Quliyev və sərnişini Mərifət Məmmədova hadisə yerində ölmüş, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.