Elgiz efirdə Mənzurəni ələ saldı VİDEO

23 Aprel 2021 13:13 (UTC+04:00)

Müğənni Mənzurə Musayeva aparıcı Elgiz Əkbərin verilişdə qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı maraqlı anlar yaşanıb. Aparıcı verilişinə qonaq olan sənətçiyə suallar verməyə başlayıb. Elgizin "Məktəb oxumusan? H2O nədir" sualına Mənzurə belə cavab verib:

"Məktəb oxumuşam, texnikum da bitirmişəm. Amma onu bilmirəm. O sahəni yaxşı oxumamışam, elə-belə gedib gəlirdim. Azərbaycan dili və ədəbiyyatı oxuyurdum. Müəllimim riyaziyyatda mənə mahnı oxutdurub qiymət yazırdı. Evdə pulumu anam saxlayır".

Elgiz daha sonra "Azərbaycan mətbuatının banisi kimdir" sualını ünvanlayıb. Mənzurə isə bilmədiyini söyləyib.

"Bura imtahana gəlmişəm? Dəqiq elmlərə marağım olmayıb. Bilmişəm ki, musiqi sahəsindəyəm" deyə, Mənzurə əlavə edib.