Cəlilabadda yanğın

22 Aprel 2021 10:27 (UTC+04:00)

Cəlilabad rayonunun Boyxanlı kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.