“Valensiya” “Osasuna”ya məğlub olub, “Real” isə səfərdə “Kadis”i darmadağın edib

22 Aprel 2021 02:05 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 31-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Sevilya” səfərdə “Levante”ni minimal hesabla üstələyib. “Valensiya” isə “Osasuna” ilə səfər matçından məğlubiyyətlə ayrılıb. “Vilyarreal” da “Alaves”lə səfər matçında xalsız qalıb.

“Betis” – “Atletik” və “Elçe” – “Valyadolid” matçlarında qalib müəyyənləşməyib. Madrid “Real”ı isə səfərdə “Kadis”i böyük hesabla məğlub edib.

İspaniya La Liqası

31-ci tur

21 aprel

Levante – Sevilya 0:1

Qol: En Nesiri, 53.

Osasuna – Valensiya 3:1

Qol: Martines, 13. Kalyeri, 32. Torres, 67 – Qameyro, 30.

Betis – Atletik 0:0

Alaves – Vilyarreal 2:1

Qol: Xoselu, 17. Mendes, 80 – Alkaser, 50.

Elçe – Valyadolid 1:1

Qol: Fidel, 22 – Olasa, 86.

Kadis – Real 0:3

Qol: Benzema, 30; 40. Odriosola, 33.

22 aprel

21:00 Atletiko – Hueska

23:00 Qranada – Eybar

23:00 Real Sosyedad – Selta

00:00 Barselona – Xetafe