Azərbaycanlı aktyor və qardaşı COVID-19-dan vəfat etdi

21 Aprel 2021 16:35 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. SİA-nın məlumatına görə, bu barədə onun həmkarları sosial şəbəkədə yazıb.

Bildirilib ki, aktyor bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.

Allah rəhmət eləsin!