Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb: "Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib".